“Barselona”nın idman direktoru Deku UEFA Çempionlar Liqasının qaydaları barədə fikirlərini bölüşüb.
Kataloniyalılar ötən mövsüm yarımfinalda “İnter”ə iki oyunun nəticəsinə görə 6:7 hesabı ilə uduzaraq turniri tərk etmişdi.
Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı funksioner ötən mövsüm səfər matçları ilə bağlı ədalətsizlik olduğunu düşünür:
“Düşünürəm ki, ötən mövsüm səfər matçları ilə bağlı ədalətsizlik var idi. Ümumi mərhələnin yekununda ilk “səkkizliy”ə düşmək heç bir üstünlük qazandırmırdı.
Biz həm 1/4 finalda, həm də yarımfinalda cavab oyunlarını səfərdə keçirdik. Məncə, ən güclülər evdə oynamaq hüququna malik olmalıdır.
Cari mövsümdən əvvəl təşkilatçılar qaydalara düzəliş etdilər, buna görə də indi hər şey fərqli olacaq. Həmişə inkişaf üçün yer var”.
“Barselona” cari mövsümün Çempionlar Liqasına “Nyukasl” üzərində 2:1 hesablı qələbə ilə start verib.