AZ

Qərbi Azərbaycan Xronikası: Çingiz xan sarayından İrəvana uzanan dad

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Xəngəl türklərin qəhrəmanlıq tarixinin nümunəsidir" adlı buraxılışda Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov İrəvanda düyüçülük tarixi, eləcə də düşbərədən ravioliyə, xəngəldən lazanyaya qədər uzanan türk mətbəxindən söz açıb.

O bildirib ki, İrəvan mətbəxi Türk mətbəxinin bir hissəsidir: "Xəngəli Buğra xan yaradıb. Xəngəl türklərin qəhrəmanlıq tarixinin nümunəsidir".

Onun sözlərinə görə, muğama qulaq asanda ət yemək olmaz: "Aşıq musiqisi ət yeməyinin həzmi üçündür. İrəvan mətbəxinin mərasim yeməkləri çoxdur. Qərbi Azərbaycan mətbəxi tarixi kimliyin güzgüsüdür. Buğra xanın açdığı əsgər süfrəsi əfsanəyə çevrildi. Lazanya ilə xəngəlin oxşarlığı türk mədəniyyətinin yayılması ilə bağlıdır. Paxlavanın Avropadakı izi Avstriya strudeli və "Napoleon" tortudur".

T.Əmiraslanov pomidor və kartofun Azərbaycan mətbəxinə gəlişi, Təbrizdən Avropaya gedən laqman və spagetti, Çingiz xan sarayından İrəvana uzanan dad, əsgər yeməyindən milli dəyərə gedib çıxan xəngəl və tutmac, Norveçlə ortaq dadlar - yuxa və fladbrod, Övliya Çələbinin qeydləri, Çingiz xan sarayının aşpaz kitabının İrəvana təsirindən, İrəvanın sosial rituallarından danışıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: "Çingiz xan sarayından İrəvana uzanan dad"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
oxu.az

1Mənbələr