AZ

İsrail "Hizbullah"ın silahlı qanadına rəhbərlik edən yaraqlını öldürüb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat "Hizbullah"ın silahlı qanadına rəhbərlik edən yaraqlının idarə etdiyi avtomobilə zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.

Hadisə Arnun şəhəri yaxınlığında baş verib. Təşkilatın üzvü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Sentyabrın 19-da İsrailin pilotsuz uçuş təyyarələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində daha iki "Hizbullah" üzvü öldürülüb, onlardan biri Tibnin şəhərində məhv edilərkən 11 mülki şəxs yaralanıb.

Seçilən
0
2
ikisahil.az

3Mənbələr