AZ

Bakıda gözdən düşdü, Yunanıstandan təklif aldı

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna yığmasında baş məşqçi dəyişikliyi məsələsi gündəmdən düşmür.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, çalışdırıcı Sergey Rebrov tezliklıə komandasını dəyişə bilər.

Son olaraq millimizlə matçda xal itirərək (1:1) həm milli assosiasiyanın, həm də futbol ictimaiyyətinin gözündən düşən Rebrov Yunanıstandan təklif alıb.

Belə ki, 51 yaşlı mütəxəssis “Panatinaikos”un maraq dairəsindədir. Rui Vitoriyanın istefasından sonra yeni baş məşqçi axtarışında olan

“Panatinaikos” rəhbərliyi siyahısındakı məşqçilərlə tezliklə danışıqlara başlayacaq. Namizədlər arasında Rebrov da var.

Ukrayna millisinin çalışdırıcısının müqaviləsi 2026-cı ilin yayına qədər olsa da, Ukrayna Futbol Assosiasiyası onun gedişinə etiraz etməyəcək.

Çünki qurum özü də Rebrovla vidalaşmağın yollarını axtarır.

Seçilən
4
sportinfo.az

1Mənbələr