AZ

"Intervision 2025"in qalibi bu ölkə oldu

Moskvada keçirilən “İntervision 2025” beynəlxalq pop mahnı müsabiqəsində Vyetnam təmsilçisi Dık Fuk “Phu Dong Thien Vuong” mahnısı ilə qalib olub.

Publika.az xəbər verir ki, bu mahnı artıq öz ölkəsində hitə çevrilib.

İfaçı musiqi müsabiqəsini izləyən tamaşaçılara və ona dəstək verənlərə təşəkkürünü bildirib. 28 yaşlı Dık Fuk qeyd edib ki, o, 10 il əvvəl “Vyetnamın Səsi” layihəsinin laureatı olub və nəhayət, “İntervision” müsabiqəsində qalib gəlib.

Müsabiqədə ikinci yeri Qırğızıstan tutub - ölkəni “Nomad” qrupu “Jalgyz saga” (“Yalnız sənə”) adlı mahnı ilə təmsil edib.

Üçüncü yeri isə Qətər qazanıb. Bu ölkədən müğənni, bəstəkar və aktrisa Dana Əl-Mir çıxış edib. O, ərəb dilində “Huwa Dha Anta” (“Bu məhz sənsən”) adlı enerjili kompozisiya ilə səhnəyə çıxıb.

"Intervision" tarixi Soyuq Müharibə dövründə başlayan beynəlxalq mahnı müsabiqəsidir. 1960-cı illərdə sosialist bloku ölkələri tərəfindən "Eurovision"a alternativ olaraq yaradılmışdır. İlk festivallar Şərqi Avropada keçirilib, daha sonra müsabiqənin mərkəzi Polşanın Sopot şəhərinə köçüb. 1981-ci ildə Polşadakı siyasi hadisələrə görə müsabiqə dayandırılıb.

Seçilən
5
publika.az

1Mənbələr