AZ

ABŞ-nin Aya eniş planı təxirə düşə bilər

Bakı. Trend:

ABŞ kosmik yarışda Çinə uduzaraq 2027-ci ildə planlaşdırılan Ayaenişi həyata keçirə bilməyəcək.

Trend xəbər verirki, bu barədə The New York Times məlumat yayıb.

Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA)açıqlamasına görə, “Space Launch System” super ağır raketi 2027-ciildə astronavtları Ay orbitinə aparan “Orion” kosmik gəmisiniçatdıracaq. Eniş isə SpaceX-in “Starship” gəmisi vasitəsilə baştutmalıdır.

Keçmiş NASA əməkdaşları qəzetə açıqlamalarında belə çoxmərhələlieniş planının həddindən artıq mürəkkəb olduğunu bildiriblər.Onların sözlərinə görə, layihənin ən riskli hissəsi məhz SpaceX-inüzərinə düşür.

NASA rəsmiləri Artemis III missiyasının 2028-ci ilə təxirəsalınma ehtimalını müzakirə edir. Bəzi ekspertlər isə “Starship”gəmisinin 2032-ci ilə qədər eniş üçün hazır olmayacağını iddiaedirlər. Bildirilir ki, SpaceX missiyanın uğurunun birbaşa asılıolduğu “ən çox sübut olunmamış texnoloji həllər” üzərindəişləməlidir.

Xatırladaq ki, NASA 2019-cu ilin yazında Artemis proqramını elanedib. Proqramın birinci mərhələsi – Artemis I – Orion kosmikgəmisinin Ay ətrafında pilotsuz uçuşunu və Yerə qayıdışını nəzərdətuturdu.

Seçilən
31
az.trend.az

1Mənbələr