AZ

Ralf Şumaxer: “Red Bull” Hacarı da məhv edər”

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Keçmiş "Formula-1" sürücüsü, hazırda isə ekspert və analitik, almaniyalı Ralf Şumaxer İsak Hacarın “Red Bull”a keçməsi ilə bağlı şayiələrə münasibət bildirib.

İdman.biz bildirir ki, hazırda fransalı Hacar “Racing Bulls”dadır.

"Təbii ki, komandanın Ferstappen üçün hazırladığı indiki maşında işlər pis gedir. Ona görə də deyirəm: Hacar Tsunodanın mindiyi maşına minsəydi, “Red Bull” da onu məhv edərdi. Amma gələn il, yeni qaydalarla hər şey sıfırlanacaq və buna görə də Hacarın şansı ola bilər, çünki fransız lazımi sürətə malikdir, o, 2026-cı ildə Maksın (Ferstappen) komanda yoldaşı kimi açıq-aşkar seçimdir”, - Şumaxer “Motorsport-Total”a deyib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
icma.az

2Mənbələr