AZ

Qazaxıstandakı dəvə karvanı Ginnesin Rekordlar Kitabına düşə bilər

Astana, 21 sentyabr, AZƏRTAC

Qazaxıstanın Almatı vilayətinin Akşi kəndi yaxınlığındakı çöllükdə “Oysılqara” cinsindən ibarət uzun dəvə karvanı düzülüb.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu, dünyanın ən böyük dəvə karvanıdır. Karvan Almatı–Astana avtomobil yolunun kənarı ilə 1 kilometr məsafə qət edib. Yürüşün məqsədi bu nailiyyətin Ginnesin Rekordlar Kitabına salınmasıdır. Bunun üçün Qazaxıstana Ginnesin Rekordlar Kitabının rəsmi nümayəndələri gəlib.

Yaxın vaxtlarda dəvə karvanına dair videogörüntülər Londondakı xüsusi komissiyaya təqdim olunacaq və həmin komissiya bu unikal nailiyyətin Dünyanın Rekordlar Kitabına salınıb-salınmaması barədə qərar qəbul edəcək.

Tədbirin təşkilatçısı, “Daulet-Beket” heyvandarlıq təsərrüfatının rəhbəri Sıdık Dauletov qeyd edib ki, bu təşəbbüs qazax xalqının zəngin ənənələrini, dəvəçiliyin geniş potensialını və ümumilikdə ölkənin aqrar sektorunun imkanlarını nümayiş etdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
34
3
azertag.az

4Mənbələr