AZ

Neuralink dən inqilabi texnologiya: İnsan düşüncələri səsə çevriləcək

Oxu.az saytına istinadən ain.az xəbər verir.

İlon Maskın neyroçiplərin implantasiyası ilə məşğul olan "Neuralink" şirkəti oktyabr ayında insan düşüncələrini səsə çevirmə texnologiyasını ilk dəfə sınaqdan keçirəcək.

Oxu.Az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə şirkətin rəsmisi Doncin Seo Seulda yerləşən Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunda çıxışı zamanı məlumat verib.

Doncin Seo bildirib ki, onların texnologiyası beyinlə səs arasında heç bir klaviatura və ya vasitə olmadan birbaşa əlaqə yaratmağa imkan verir.

"Əgər siz nəsə söylədiyinizi təsəvvür edirsinizsə, biz bunu eşidə biləcəyik", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, layihənin əsas məqsədi danışmaq qabiliyyətini itirmiş insanlara yardım etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
4
oxu.az

5Mənbələr