ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Konqresdəki demokratlarla görüşməyə hazırdır.
Musavat.com xəbər verir ki, o, jurnalistlərlə söhbətində bu cür təmasları mənasız hesab etdiyini, lakin federal hökumətin bağlanmasının qarşısını almaq üçün ABŞ Konqresində Demokrat liderləri ilə görüşməyə hazır olduğunu deyib:
"Mən onlarla görüşmək istərdim, amma bunun nəyisə dəyişəcəyini düşünmürəm. Onlar görüşmək istəsələr, mən onlarla görüşməyə hazıram".
Qeyd edək ki, dünən Senatda demokrat azlığın lideri Çak Şumer və Nümayəndələr Palatasında azlığın lideri Hakim Ceffris məsələni müzakirə etmək üçün Trampla görüş tələb etdilər. Onlar respublikaçıları hökumətin davamlı maliyyələşdirilməsini təmin etmək üçün "ikitərəfli məsləhətləşmələrdə iştirak etməkdən imtinada" günahlandırıblar.
Musavat.com