AZ

Premyer Liqa: “Qarabağ” “Araz”a, “Neftçi” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə, “Araz-Naxçıvan” Mərdəkanda son çempion “Qarabağ”la üz-üzə gələcək. Turun mərkəzi oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Turun son oyununda isə “Sumqayıt” “Neftçi” ilə qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Elçin Məsiyev olacaq.

Premyer Liqa
5-ci tur

19 sentyabr

“Karvan” – “İmişli” 0:3
Qollar: Dioqo Almeyda, 12. Edvin Banquera, 15. Azər Salahlı, 80.
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu. 16:00.

“Zirə” – “Şamaxı” 2:1
Qollar: Martins Junior, 83; 87 – Karim Rossi, 25.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Rauf Cabbarov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu. 18:30.

20 sentyabr

“Qəbələ” – “Kəpəz” 3:0
Qollar: Adriel Ba Lua, 44. Prins Ovusu, 59; 67.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu. 17:00.

“Sabah” – “Turan Tovuz” 2:0
Qollar: Velko Simiç, 56. Pavol Şafranko, 90+7-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Masazır Arena”. 19:30.

21 sentyabr

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Fərid Hacıyev.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mərdəkan. “Dalğa Arena”.

19:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

error: Məzmun qorunur!
Seçilən
16
15
arena.az

10Mənbələr