AZ

MPL: "Qarabağ" ilə "Neftçi" səfər sınağına çıxır

Misli Premyer Liqasında 5-ci tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun son günündə iki matç baş tutacaq.

Əvvəlcə turun mərkəzi qarşılaşmasında ötən mövsümün mükafatçıları - Azərbaycan çempionu "Qarabağ" ilə bürünc mükafatçı "Araz-Naxçıvan" üz-üzə gələcəklər. Əsas diqqətini Çempionlar Liqasına ayıran, çempionatda isə meydana çıxdığı üç oyunda fərqli nəticələrlə yadda qalan "köhlən atlar" məğlubiyyətsiz irəliləyən "qırmızı-ağlar"ı ilk yenilgi ilə tanış etmək əzmindədir. Elmar Baxşıyevin komandası ilə ilk "üçlük"də yerini qorumaq üçün son çempionu büdrətməyə çalışacaq.

Günə, həmçinin tura Sumqayıtda yekun vurulacaq. "Gənclik şəhəri" təmsilçi doğma meydanda "Neftçi"ni qonaq edəcək. Samir Abasov ona doğma olan şəhərdə və sabiq komandası ilə görüşdə qələbə qazanmağa borcludur. Əks halda, bu mövsüm qələbənin nə olduğunu bilməyən çalışdırıcının postu laxlayacaq. 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Karvan-Yevlax"ı və "Qəbələ" "Kəpəz"i 3:0, "Zirə" "Şamaxı"nı 2:1 və "Sabah" "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib.  

Misli Premyer Liqası
5-ci tur
21 sentyabr 

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: Fərid Hacıyev, Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mərdəkan. “Liv Bona Dea Arena”.

19:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov, Asiman Əzizli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Seçilən
9
fanat.az

1Mənbələr