AZ

Toyda qarşısına çıxanları güllələdi

ABŞ-ın Nyu-Hempşir ştatında toy mərasimi zamanı faciə baş verib.

Publika.az “New York Post” qəzetinə istinadən xəbər verir ki, silahlı şəxs tədbirin keçirildiyi kluba girərək atəş açıb.

Atışma nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Nəşr daha bir hadisə qurbanının ağır güllə yarası ilə xəstəxanaya aparıldığını yazıb. Digər altı toy iştirakçısı da müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qəzet şəhərdə gündəmə çevrilən hadisəni törədən şəxsin artıq tutulduğunu yazıb. Hazırda polis onun əməlinin motivlərini və silahlı şəxsin konkret olaraq kimisə hədəfə alıb-almadığını müəyyənləşdirir.

Seçilən
11
publika.az

1Mənbələr