AZ

Kosmosda bir ay keçirən siçanların vəziyyəti açıqlandı

Rusiyanın "Bion-M 2" biopeykində kosmik uçuş zamanı missiyaya daxil edilmiş 70-dən çox siçanın taleyinə aydınlıq gətirilib.
 
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Tibbi-Bioloji Problemlər İnstitutu açıqlama yayıb.
 
Bildirilib ki, bioloji yüklə təchiz edilmiş peyk avqustun 20-də Baykonur kosmodromundan buraxılıb və planlaşdırıldığı kimi 370-380 kilometr yüksəklikdəki orbitdə müəyyən edilmiş vaxtı keçirib, sentyabrın 19-da isə Orenburq vilayətinə eniş edib.
 
Eniş normal keçib, əksər bioobyektlər sağlam şəkildə yerə çatdırılıb və ilkin tədqiqatlar başlayıb.
 
Aparatda 75 siçan olub. Onların bir qismi radiasiyaya daha həssas genetik dəyişikliklərlə, digərləri isə radiasiyaya davamlılığı artırmaq üçün dərmanlarla sınaqdan keçirilib. Həmçinin müxtəlif qidalanma üsulları yoxlanılıb. Ancaq siçanlardan 10-u tələf olub.
 
O da vurğulanır ki, siçanlardan əlavə, peykin göyərtəsində milçəklər, kök hüceyrələri, bitkilər və mikroorqanizmlər də olub.
Seçilən
14
3
moderator.az

4Mənbələr