AZ

Ermənistanda yeni konstitusiya qəbul ediləcək

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının qurultayında həmin partiyanın bəyannaməsini təqdim edərkən bildirib ki, Ermənistan hökuməti bütün qonşuları ilə sülh və mehriban dostluq münasibətlərini bərqərar etmək üçün xalq tərəfindən formalaşdırılan mesajları həyata keçirməyə davam edəcək.

O, qarşılıqlı ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh və mehriban qonşuluğun davamlı olaraq institusionallaşdırılmasına səy göstəriləcəyini söyləyib. Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı məqamların da yer aldığı sənəddə deyilir ki, 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində xalqın etimad səsini aldıqdan sonra hökumət referendum yolu ilə Ermənistanın yeni Konstitusiyasının qəbulu prosesinə start verəcək.

Baş nazir qeyd edib ki, bu addım 1991-ci il Almatı Bəyannaməsinə əsaslanaraq, Ermənistanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin və həmin ərazini əhatə edən sərhədlərin həm daxildə, həm də xaricdə toxunulmazlığı konsepsiyasına əsaslanacaq. Bütün bunlar Ermənistanın dövlət maraqlarına, ölkənin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə, Azərbaycan ilə Ermənistan arasında bərqərar olmuş sülhə əsaslanacaq.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
xalqqazeti.az

2Mənbələr