Xocalıda yaşayış evinə ildırım düşüb. Far.Az xəbər verir ki, təbiət hadisəsi rayonun Şuşakənd kəndində qeydə alınıb. Nəticədə yanğın başlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.