AZ

Yaponlar artıq uzun ömür sirlərini bölüşməyə başlayıblar: Bu üsulla sağlam yaşayırlar

Yaponiyanın Okinava adası sakinləri uzunömürlülüyü və sağlam həyat tərzi ilə dünyada “Ölümsüzlük adası” kimi tanınır.

E-saglam.az xəbər verir ki, ada sakinlərinin çoxu 100 yaşdan yuxarı yaşayır. Mütəxəssislər bu uğurun əsas səbəbini Okinava xalqının özünəməxsus yemək vərdişlərində görürlər.

Bu vərdiş “Hara Hachi Bu” adlanır və “qarnını 80 faiz doldur” mənasını verir. Məqsəd ac qalmaq deyil, tam doymadan yeməyi dayandırmaqdır. Beləliklə, bədən kalori qəbulunu təbii olaraq azaldır, arıqlamağa və sağlam qalmağa kömək edir, eyni zamanda uzunömürlülüyü də dəstəkləyir.

Hara Hachi Bu metodunu ənənəvi pəhrizlərdən fərqləndirən əsas məqam budur ki, heç bir qida qadağan olunmur. Yanaşma yemək davranışına diqqət yetirən bir həyat fəlsəfəsidir.

Okinava üsuluna görə:

- Yeməyi yavaş-yavaş, diqqətli yeyin.

- Hər dişləməni bədənin toxluq siqnallarına qulaq asaraq çeynəyin.

- Beyin toxluq siqnalı vermək üçün təxminən 15-20 dəqiqəyə ehtiyac duyur; sürətli yeyənlər ehtiyacdan artıq kalori qəbul edə bilirlər.

- Yemək zamanı telefon, televizor və digər diqqət yayındırıcı vasitələrdən uzaq durmaq tövsiyə olunur.

Yaponiyada 100 yaş və yuxarı insan sayında rekord artım müşahidə olunur. Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkədə 100 yaşdan yuxarı 99 763 nəfər yaşayır ki, bu, əvvəlki ilə nisbətən 4644 nəfər artım deməkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
11
2
e-saglam.az

3Mənbələr