AZ

Kuleba: Ukrayna sərhədlər asiyalı miqrantlara açıla bilər

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba ölkədən çox sayda aktiv əhalinin çıxmasının gələcəkdə ciddi sosial və demoqrafik problemlərə yol aça biləcəyini bildirib.

Onun sözlərinə görə, bu vəziyyət Ukraynanı Asiyadan gələn əməkçi miqrantlara qapılarını açmağa məcbur edə bilər.

Kuleba qeyd edib ki, müharibə səbəbindən əhalinin xaricə üz tutması insanlara faydalı görünsə də, dövlət üçün dağıdıcı nəticələr doğurur:

"İnsan nə qədər çox ölkəni tərk etsə, ölkə üçün bir o qədər pis olar. Üstəlik, ölkədə çox sayda yaşlı insan qalacaq və pensiya yaşını qaldırmaq çox çətin olacaq. Çünki gənclər etirazlara gedir, babalar və nənələr isə seçkiyə. Ona görə də pensiya yaşını qaldırmayan siyasətçiləri seçəcəklər".

Kulebanın bu açıqlamaları Ukraynanın gələcək sosial-iqtisadi strukturu ilə bağlı ciddi narahatlıqlar doğurur.

Kənan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
news.milli.az

2Mənbələr