AZ

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

Day.Az xəbər verir ki, Azərbaycan mərhələsinin sonuncu günündə əvvəlcə Formula 2, daha sonra Formula 1 üzrə əsas yarış start götürəcək.

Formula 1-də sıralama mərhələsinin yekunlarına əsasən, ən yaxşı nəticəyə "Red Bull"un sürücüsü Maks Ferstappen imza atıb. "Uilyams"da çıxış edən Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub.

Formula 2 üzrə sprint yarışında isveçli Dino Beqanoviç ("TGR") birinci, britaniyalı Luke Brouninq ("TGR") ikinci, irlandiyalı Aleks Dunne ("Rodin") üçüncü yeri tutub.

Əsas yarışlar müvafiq olar Formula 2 üzrə saat 11:00, Formula 1 üzrə saat 15:00-da start götürəcək.

Seçilən
29
4
day.az

10Mənbələr