AZ

Xidmətçidən uşağı oldu, ailəsi dağıldı: Boşananda sərvətimin yarısını arvadım aldı

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Məşhur aktyor Arnold Şvartseneggerin keçmiş həyat yoldaşı, jurnalist və Kennedi ailəsinin üzvü Mariya Şrayverlə boşanma səbəbləri illərdir gündəmdədir. 

Qaynarinfo xəbər verir ki, aktyor evlərində işləyən xidmətçi Mildred Beane ilə münasibət qurmuş və ondan Cozef adlı bir oğlu olmuşdu. Hətta Mariya və Mildred eyni vaxtlarda övlad dünyaya gətirmişdi.

Arnold Şvartsenegger-Mariya Şrayver

Bu hadisə yalnız Mariya Şrayveri deyil, Mildredin həyat yoldaşını da aldatmış olur, çünki o, uşağın öz övladı olduğunu düşünürdü. 2011-ci ildə cütlük ayrılıb, lakin rəsmi boşanma yalnız 2021-ci ildə tamamlanıb. Uzun sürən maliyyə danışıqları nəticəsində Arnold Şvartsenegger keçmiş həyat yoldaşına 325 milyon dollar ödəməli olub.

Bu gün 79 yaşı olan aktyor, keçmiş həyat yoldaşı və evlilikdənkənar oğlu ilə münasibətlərini müəyyən bir dostluq səviyyəsinə gətirib. O, artıq həmin çətin günləri geridə qoyduğunu göstərir və hətta bu mövzuda zarafatlar belə edir.

Arnold Şvartsenegger-Mildred Beane

Son olaraq iştirak etdiyi bir mərasimdə Arnold Şvartsenegger tanınmış jurnalist dostu Kris Uollas barədə danışarkən deyib: "Mənim həyatımda minlərlə jurnalistlə müsahibə olmuşdu, hətta bir jurnalistlə evli də idim. Amma fərq ondadır ki, Kris mənim pulumun yarısını alıb getmədi".

Arnold Şvartseneggerin Mariya Şrayverlə evliliyindən dörd övladı - Ketrin (35), Kristina (34), Patrik (32) və Kristofer (27) var. Evlilikdənkənar oğlu Cozef isə 27 yaşındadır və anasının soyadını daşıyır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
qaynarinfo.az

1Mənbələr