AZ

İspaniyalı pilot Azərbaycan Qran Prisində iddialıdır

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunda ikinci yeri tutan "Uilyams" komandasının sürücüsü Karlos Sayns çıxışı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, Sayns sessiyanın uğurlu keçdiyini bildirib.

"Bu gün çox yaxşı sıralama turu keçirdik. Lazımi anda doğru təkər seçimi etdik və bu da nəticəyə təsir göstərdi. Mövsüm ərzində sıralama turlarında kifayət qədər güclü idim və bu gün sürətli olduğumu bir daha göstərdim".

İspaniyalı pilot əsas hədəfinin podium olduğunu vurğulayıb:

"Təəssüf ki, mövsüm yarış nəticələri baxımından istədiyimiz kimi alınmadı. Ancaq hələ qarşıda bir neçə mərhələ var. Sabahkı yarışda əsas məqsədim Azərbaycan Qran-Prisində podiuma yüksəlməkdir".

Xatırladaq ki, Azərbaycan Qran-Prisi bu gün başa çatacaq.

Tural

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
news.milli.az

2Mənbələr