AZ

"Kəpəz" bu şəxsə tapşırıldı - SON DƏQİQƏ

"Qəbələ"yə 0:3 hesablı məğlubiyyət "Kəpəz"də baş məşqçi dəyişikliyini labüd etdi.

Düzdü, hələ də Adil Şükürovun istefası rəsmiləşməyib.

Nə klub bunu elan edib, nə də baş məşqçi özü açıqlayıb.

Amma əldə etdiyimiz məlumata görə, 48 yaşlı mütəxəssisin gedişi an məsələsidir.

Hətta növbəti turda kollektivi kimin meydana çıxaracağı da dəqiqləşib.

Söhbət Əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanovdan gedir.

O, müvəqqəti olaraq boşalan posta təyinat alacaq.

Və yalnız "Turan Tovuz"la qarşıdakı görüşdə "Kəpəz"i meydana çıxaracaq.

7-ci tura kimi isə yeni baş məşqçinin adına aydınlıq gələcək.

Bu istiqamətdə danışıqlar aktiv sürətdə davam etdirilir.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
3
sportinfo.az

1Mənbələr