AZ

Adnan Əhmədzadənin xanımı Qurandan ayə paylaşdı

Ajans.az xəbər verir ki,  o, bugünə qədər daha çox bahalı həyat tərzi, dünya brendləri və dəbdəbəli məkanlarla bağlı paylaşımlar edib.   Paylaşdığı ayədə belə buyurulur: “Kim Allaha yalan böhtan atandan daha zalımdır? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər deyəcəklər: “Bunlar öz Rəbbinə yalan uyduranlardır.” Agah olun! Allahın lənəti zalımların üzərinədir!”  Gülsəfanın bu paylaşımı izləyiciləri tərəfindən həm təəccüblə, həm də maraqla qarşılanıb. Onun bu addımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Xatırladaq ki, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Seçilən
4
Ajans.az

1Mənbələr