AZ

Türkiyədə zavodda yanğın: Qatı tüstü dumanı şəhəri bürüyüb

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Türkiyənin Adana şəhərində tullantıların təkrar emalı zavodunda yanğın başlayıb.

Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, yanğın Seyhan rayonunun Küçükdikili məhəlləsində yerləşən təkrar emal zavodunda qeydə alınıb.

Məlumata görə, yanğın qısa müddət ərzində geniş sahəyə yayılıb. Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib.

Yanğına görə şəhər mərkəzinin bir çox yerindən görülən qatı tüstü duman təbəqəsi əmələ gəlib.

Yanğının hansı səbəbdən başlaması hələ müəyyən edilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
oxu.az

1Mənbələr