AZ

Trampdan açıq təhdid: “Əfqanıstan pis nəticələrlə qarşılaşacaq”

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Əfqanıstan hakimiyyətinə "Baqram" hərbi bazası ilə bağlı sərt mesaj göndərib.

Onun sözlərinə görə, rəsmi Kabil ABŞ-nin inşa etdiyi bu strateji obyektin Vaşinqtona qaytarılmasına razılıq verməsə, ölkə "pis nəticələrlə" üzləşə bilər.

"Əgər Əfqanıstan "Baqram" aviabazasını onu inşa edənlərə, ABŞ-yə geri qaytarmasa, pis bir şey baş verəcək", - deyə Tramp sərt şəkildə bəyan edib.

Qeyd edək ki, ABŞ hökuməti hazırda Əfqanıstanda yerləşən və bir zamanlar onun ən böyük hərbi məntəqəsi sayılan "Baqram" aviabazasına nəzarəti bərpa etməyə çalışır. Trampın bu bəyanatı, Vaşinqtonun regionda yenidən aktiv mövqe tutmaq istədiyini göstərir.

Kənan

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
news.milli.az

2Mənbələr