AZ

Türkiyədən ABŞ-yə avtomobil ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin avqust ayında ABŞ-yə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq, 100 milyon 946 min 26 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən ABŞ-yə avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq, 813 milyon 363 min 63 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 artaraq, 26 milyard 546 milyon 824 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 2 milyard 732 milyon 652 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,3 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 40 milyard 238 milyon 31 min dollar məbləğində avtomobil ixrac edib.

Seçilən
12
31
turkic.world

10Mənbələr