“Seda Sayan ilə Hər Şey Masada” proqramının bu həftəki qonağı aktyor Enis Arıkan olub.
Musavat.com xəbər verir ki, Arıkan idmana başladığını, amma iştahını nəzarətdə saxlaya bilmədiyini deyib.
O bildirib:
“Evimdən bir küçə aralıda idmana yazıldım. Bir ildir ki, ilk dəfə müntəzəm şəkildə gedirəm. Məşqçi ilə çalışıram. Amma yeməyə o qədər bağlıyam ki, bir həftəyə 5 kilo kökələ bilirəm. Bu da məni çox əsəbiləşdirir”.
Enis Arıkanın bu sözlərinə cavab olaraq Seda Sayan səhər rutinini paylaşaraq izləyiciləri təəccübləndirib. O, günə çörəkotu yağı, ananas sirkəsi, şəkərsiz qəhvə və cəmi iki duzlu peçenye ilə başladığını bildirib.
Sayanın sözlərinə gülərək qarşılıq verən Arıkan isə “Bunlar yemək deyil” cavabını verib.
Seda Sayan yemək vərdişlərindən danışaraq əlavə edib:
“Məsələn, biz plov yeyəndə yanında başqa yemək yemirik. Deyək ki, badımcan yeməyi bişirdin, yanında plov yemə”.
Arıkan isə təəccüblə “Plovsuz badımcan olar, bacım?” sözləri ilə gülüş yaradıb.
Proqramdakı bu əyləncəli dialoq qısa zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bir çox izləyici Seda Sayanın menyusunu “pəhriz yox, ac qalmaq” adlandırıb. Digərləri isə Arıkanı dəstəkləyərək “Doğrudan da, bunlar yemək deyil” şərhləri yazıb.
Musavat.com