
Adanada təkrar emal zavodunda güclü yanğın baş veribUlusum.az xəbər verir ki, Adananın Seyhan rayonunun Küçükdikili məhəlləsində yerləşən təkrar emal zavodunda yanğın qeydə alınıb. İlk məlumata görə, atıq materialların toplandığı sahədə naməlum səbəbdən başlayan alov qısa müddətdə genişlənib. Zavodun işçiləri hadisəni dərhal 112 Təcili Çağrı Mərkəzinə bildiriblər. Güclü tüstü səbəbindən şəhərin mərkəzi də daxil olmaqla bir çox nöqtələrindən yanğın aydın şəkildə müşahidə olunub. Hadisə yerinə Adana Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə briqadaları cəlb edilib və onlar alovla fəal mübarizə aparırlar.
Yanğının məhz nə səbəbdən baş verdiyi hələ də məlum deyil.R.DaşdəmirovaUlusum.az
Diqqət Çəkənlər
Nikol Paşinyan yenidən hakim partiyanın sədri seçilib
Şəmistan Nəzirli vəfat edib
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib