AZ

Mauro İkardi sevgilisinin uşaqlarına elə bir JEST etdi ki... 

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mauro İkardi sevgilisi Chin­a Suárezin 3 övladı – Rufina, Maqnolia və Amansionun İstanbulda nüfuzlu bir özəl məktəbdə təhsil alması üçün yüksək məbləğdə illik ödəniş edib.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, uşaqlar hazırda İstanbulda beynəlxalq özəl məktəbdə oxuyurlar.

Bu məktəb Türkiyədə xarici vətəndaşların övladları arasında ən populyar və prestijli təhsil ocaqlarından biri hesab olunur. Məktəbin illik təhsil haqqı şagirdin sinfinə görə (məktəbəqədər, ibtidai, orta və yuxarı siniflər) 18 min 150 ABŞ dollarından 49 min 50 ABŞ dollarına qədər dəyişir.

Bundan başqa, yarımillik (rüblük) ödəniş variantları da mövcuddur. Bu məbləğlər sinifdən asılı olaraq 6 min 50 ilə 16 min 350 dollar arasında dəyişir. Məktəbə qəbul zamanı əlavə olaraq 1 min 250 dollar müraciət haqqı və 5 min 500 dollar qeydiyyat haqqı da tələb olunur.

Təhsil ocağı İstanbulun Avropa tərəfində, Belqrad meşəsi ətrafında, şəhərin kənar bölgələrinə yaxın bir ərazidə yerləşir.

Bəzi media qurumları isə Suárezin övladlarının Türkiyədə məktəbə başladığını "Instagram" hesabında paylaşmasına baxmayaraq, uşaqların atası Benjamín Vicuña’nın bu barədə əvvəlcədən məlumatlandırılmadığını iddia edir. 

Musavat.com

Seçilən
13
4
musavat.com

5Mənbələr