AZ

Lionel Messi ilk pilləyə yüksəldi

ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi MLS-in cari mövsmünün bombardirlər siyahısında ilk pilləyə yüksəlib.

"Ölkə.az" xəbər verir ki, 38 yaşlı hücumçu bunu "DC Yunayted"lə matçda iki qol vurmaqla reallaşdırıb.

Beləliklə argentinalı hücumçu meydana çıxdığı 22 matçda 22-ci qolunu vurmaqla "Neşvill"in forvardı Sem Surrici (21 qol) qabaqlayıb.

Qeyd edək ki, "İnter Mayami" 28 oyundan sonra 52 xalla turnir cədvəlində beşinci yerdədir.

Seçilən
12
8
olke.az

10Mənbələr