AZ

Qəzzadan dəhşətli xəbər gəldi - FOTO

İsrail ordusu “təhlükəsiz və humanitar zona” elan etdiyi Xan Yunusun Məvasi bölgəsinə hücumlarını davam etdirir.

Musavat.com xəbər verir ki, bu hücumların son qurbanı 7 aylıq Cudə əl-Əttar olub.

Anasının qucağında ikən qarın nahiyəsindən yaralanan Cudə həyatını itirib. Körpə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Körpənin babası Musa əl-Əttar Fələstin xalqının həm Qəzza zolağında, həm də İordan çayının qərb sahilində etnik təmizləməyə məruz qaldığını deyib.

O, Ərəb Liqasının toplantılarından da müharibənin dayandırılması ilə bağlı nəticə çıxmamasına diqqət çəkib:

“Biz nəticə görmək istəyirik. Daim müharibə görən, öldürülən, hədəfə alınan bir xalqıq. Bu, belə davam edə bilməz”.

Musavat.com

Seçilən
13
2
musavat.com

3Mənbələr