Bakı. Trend:
20 və 21 sentyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində“Bədii gimnastika üzrə 30-cu ölkə birinciliyi” yarışıkeçirilir.
Trend xəbər verir ki, yarışIII MDB Oyunları öncəsi sınaq xarakteri daşıyır.
Yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 13 klubdan130 gimnast iştirak edir. Gimnastlar balacalar, yeniyetmələr,gənclər yaş kateqoriyaları üzrə fərdi və qrup hərəkətləriproqramlarında halqa, top, lent, gürzlərlə çıxış edirlər.
Yarışın birinci günündə balacalar yaş kateqoriyası üzrəgimnastlar alətsiz, halqa və gürzlər proqramı üzrə çıxışlarınısərgiləyiblər. 2017-ci il təvəllüdlü gimnastlar arasında birinciyeri “Ocaq Sport” Klubundan Leyli Qayıblı, ikinci yeri Su İdmanSarayından Miray Həsənəliyeva, üçüncü yeri isə Sumqayıt OİK-dənNuray Dolçayeva əldə edib.
2016-cı il təvəllüdlü gimnastlar arasında “Ocaq Sport” KlubundanZeynəb İsmayılova qızıl, Suel Kasımova gümüş, Aylin Gözəlova isəbürünc medalın sahibi olub.
2015-ci il təvəllüdlü gimnastlar arasında “Ocaq Sport” KlubundanMira Özel qızıl, Su İdman Sarayından Aminə Sadıxova gümüş, “OcaqSport” Klubundan Nilay Pünhanlı bürünc medalın sahibi oldu.
Balacalardan ibarət qrup hərəkətləri komandaları arasındaalətsiz proqram üzrə qızıl və gümüş medalı “Ocaq Sport”Klubunungimnastları, bürünc medalı isə Abşeron OİK qazanıb. Çoxnövçülük və5 ip proqramı üzrə “Ocaq Sport” Klubu ilk üçlüyün sahibi olub.