AZ

İcra başçısı vəd etdi - Stadionda quyu qazdıracaq

Şəmkir Olimpiya Kompleksinin stadionunda artezian quyu qazılacaq.

Bu işin görülməsini rayonun İcra Hakimiyyətinin (İH) başçısı Rəşad Tağıyev öz üzərinə götürüb.

Yerli futbol ictimaiyyətinin bir qrup nümayəndəsi ilə görşən R.Tağıyev problem barədə məlumat alıb. Onun diqqətinə çatdırılıb ki, arenanın belə bir problemi var.

Odur ki, təbii qazonu saxlamaq mümkünsüz hala gəlib. Yaxınlıqdan keçən kanalda həmişə su olmadığından, təbii ot örtüyü yararsız hala düşüb.

Bu səbəbdən Peşəkar Futbol Liqası (PFL) «Şəmkir»in II Liqada ev oyunlarını doğma məkanda keçirməsinə icazə vermir.

İcra başçısı İH-nin daxili imkanları hesabına tezliklə artezian quyunun qazılacağını bildirib. O, komandaya dəstək verəcəklərini də vəd edib.

Stadionda artezian quyusunun qazılması elə-belə məsələ deyil, kifayət qədər bahalı prosesdir. Hardasa 15-20 min manata başa gəlir.

SPORTİNFO.AZ

Seçilən
1
sportinfo.az

1Mənbələr