AZ

"Formula 2": ABŞ pilotu Bakıda qalib olub - Yenilənib

Bakıda təşkil olunan "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub...

"Report"un məlumatına görə, "Dams Lukas Oil" komandasının ABŞ-dən olan pilotu Cek Krouford bütün rəqiblərini qabaqlayıb.

"AIX Racing"dən Yoşua Dürksen ikinci, "Hitex TGR"dən Dino Beqanoviç üçüncü olub.
Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da başlayacaq.

***

Bakıda təşkil olunan "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

"Report"un məlumatına görə, mübarizəyə saat 11:00-da start verilib.

Sıralama turunda ən yaxşı nəticəni "Dams Lukas Oil"dən Cek Krouford göstərib.
Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da olacaq.

Poliqon.info

Seçilən
18
13
poliqon.info

10Mənbələr