AZ

ABŞ pilotu Bakıda qalib olubYENİLƏNİB

Bakıda təşkil olunan "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

Xezerxeber.az-ın məlumatına görə, "Dams Lukas Oil" komandasının ABŞ-dən olan pilotu Cek Krouford bütün rəqiblərini qabaqlayıb.

"AIX Racing"dən Yoşua Dürksen ikinci, "Hitex TGR"dən Dino Beqanoviç üçüncü olub.

Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da başlayacaq.

11:30
Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə əsas yarış start götürüb.

Xezerxeber.az xəbər verir ki, mübarizədə 11 komanda və 22 sürücü iştirak edir.

Sıralama turunda “Dams Lucas Oil” komandasının amerikalı pilotu Cek Krouford birinci, “İnvicta Racing”in üzvü italiyalı Leonardo Fornaroli ikinci, “Prema Racing”dən italiyalı Qabriele Mini üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.

Seçilən
11
17
xezerxeber.az

10Mənbələr