AZ

Messi bombardir və rekordçu oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İnter Mayami"nin hücumçusu Lionel Messi Şimali Amerikanın MLS futbol liqasının cari mövsmünün bombardirlər siyahısında liderliyə yüksəlib.
Oxu.Az championat.com-a istinadla xəbər verir ki, cari mövsüm argentinalı forvardın hesabında 22 qol var.
38 yaşlı Messi bu nailiyyəti komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşdığı "Di-Si Yunayted" ilə matçda dubl edərək əldə edib. O, görüşdə bir məhsuldar ötürmə ilə də yadda qalıb.
22 oyunda 22 qol vuran argentinalı ulduz "Neşvill"in 31 matçda 21 qol vurmuş hücumçusu Sen Serrici qabaqlayıb.
Bundan başqa, Messi "Di-Si Yunayted" ilə matçda dubl etməklə MLS-nin növbəti rekordunu müəyyənləşdirib.
Belə ki, o, çempionatda cəmi 46 oyun ərzində 70 məhsuldar hərəkət göstəricisinədək çatıb. İndiyə kimi heç kəs bu göstəriciyə belə tez çatmamışdı.
Əvvəlki rekordçu Karlos Vela bu həddə 55 oyunda çatmışdı.
Seçilən
12
oxu.az

1Mənbələr