AZ

4 gün ardıcıl iş olmayacaq - Tarixlər


2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq.

Metbuat.az-ın məlumatına görə, 8 Noyabr Zəfər Günü, 9 noyabr isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.
Hər iki gün isə müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir.
Bu səbəbdən noyabrın 10,11 tarixlərinin də qeyri-iş günü olacağı gözlənilir.
Ümumilikdə bayramlara görə, noyabrda şənbə-bazar daxil olmaqla, 4 gün ardıcıl iş olmayacaq.

 


Seçilən
8
26
nuh.az

10Mənbələr