AZ

Formula 2: Cek Krouford Bakıda hamıdan sürətli oldu

Bakıda təşkil olunmuş Formula 2 üzrə dünya çempionatının növbəti raundunun – Azərbaycan qran-prisinin qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, “Dams Lukas Oil” komandasının Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan pilotu Cek Krouford bütün rəqiblərini qabaqlayıb.

“AIX Rasinq”dən Yoşua Dürksen ikinci, “Hitex TGR”dən Dino Beqanoviç üçüncü olub.

Xatırladaq ki, ötən gün baş tutmuş sıralama turunda da ən yaxşı nəticəni Cek Krouford göstərmişdi.

Bakıdakı yarış qəzasız ötüşməyib. Belə ki, bolidlərdən biri səddə dəyib. “Trident” komandasından Martinius Stenşorn uğursuzluqla üzləşib. Onun avtomobili trasdan götürülüb və yarış davam etdirilib.

Bununla da Bakıda Formula 2 üzrə qran-priyə yekun vurulub. Azərbaycan qran-prisi bu gün başa çatacaq. Formula 1-də əsas yarışa saat 15:00-da start veriləcək.

error: Məzmun qorunur!
Seçilən
18
9
arena.az

10Mənbələr