AZ

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

“Moskva həm iqtisadi, həm siyasi, həm də hərbi rıçaqlardan istifadə edərək Ermənistandakı proseslərə ciddi şəkildə təsir göstərir”.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev Ermənistandakı mövcud siyasi vəziyyəti dəyərləndirərəkən bildirib. Millət vəkili vurğulayır ki, bu gün Rusiyanın Ukrayna ilə apardığı müharibə ikinci cəbhə açmasına imkan vermir.

“Lakin Moskva birmənalı şəkildə Ermənistanla forpost kimi əlaqəlidir. İstər Zəngəzur dəhlizi, istər Rusiya qoşunlarının bölgədə qalması, istərsə də seçki prosesi Kremlin təsirindən kənarda deyil”, - komitə sədri qeyd edib.

Arzu Nağıyev hesab edir ki, hazırda Ermənistan siyasətində Serj Sarkisyan və Robert Koçaryan kimi fiqurların fəallaşması da təsadüfi deyil.

Onun sözlərinə görə, Rusiyanın Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun başçılığı ilə seçki proseslərinə təsir göstərən xüsusi bir qrup fəaliyyət göstərir: “Bu isə Kremlin seçkilərlə bağlı, həm də digər mühüm məsələlərin həllində açıq rol oynadığını göstərir”.

Millət vəkili əlavə edib ki, Ermənistan ərazisində fəaliyyət göstərən qurumların 70 faizdən çoxu Rusiyanın nəzarətindədir və Kreml bu rıçaqlardan mütəmadi olaraq istifadə edir: “Bura kilsə məsələsi, qondarma “soyqırım” və Qarabağla bağlı mövzular da daxildir”.

Arzu Nağıyevin görə, Baş nazir Nikol Paşinyan son vaxtlar kilsənin təsir imkanlarını məhdudlaşdırmaq üçün müxtəlif addımlar atır: “Paşinyan qanun dəyişiklikləri ilə kilsənin siyasətə müdaxilə mexanizmini zəiflətməyə çalışır. Vaxtilə Ermənistan rəhbərlərinin təyinatında kilsənin razılığı mühüm rol oynayırdısa, indi bu təsir tədricən azalır. Məhz buna görə də Qaregin və digər kilsə nümayəndələrinin son açıqlamaları seçki öncəsi manevrlərin tərkib hissəsidir”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azpolitika.info

1Mənbələr