Braziliya milli komandası üzvü Vinisius Junior gələn ilin yanvar transfer pəncərəsi zamanı “Real”ı tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Vinisiusun klub ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Madrid təmsilçisi isə bu ilin yayından braziliyalı futbolçu ilə müqavilənin uzadılması üzərində işləyirdi. Lakin danışıqlar “dalana dirənib”. “Real” 25 yaşlı vingərin maliyyə tələblərini ödəməyə hazır deyil.