AZ

Biləsuvarda avtomobil maneəyə çırpılıb, sürücü ölüb

Biləsuvar rayonunda sükan arxasında ölən sürücünün avtomobili maneəyə çırpılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Kənd sakini, 53 yaşlı Mirzə Mirzəyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfildən halı pisləşib. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Hadisə yerində həyatını itirən sürücünün, ilkin ehtimallara görə ürək tutmasından vəfat etdiyi bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
2
5
apa.az

10Mənbələr