AZ

Biləsuvarda sürücü ürək tutmasından öldü

Biləsuvarda avtomobil idarə edən sürücü qəfil ürək tutmasından ölüb. 

News24.az Unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Mirzəyev Mirzə Xıdır oğlu minik avtomobilini idarə edərkən halı qəfildən pisləşib. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. 

Hadisə yerində həyatını itirən sürücünün ilkin ehtimallara görə ürək tutmasından vəfat etdiyi bildirilir. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.




Seçilən
49
13
news24.az

10Mənbələr