AZ

Biləsuvarda sürücü qəfil ürək tutmasından dünyasını dəyişib

Biləsuvarda sürücü qəfil ürək tutmasından dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Mirzəyev Mirzə Xıdır oğlu idarə etdiyi minik avtomobilində hərəkətdə olarkən qəfil halı pisləşib. Nəticədə avtomobil idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.

Hadisə yerində dünyasını dəyişən sürücünün ilkin ehtimallara görə ürək tutmasından vəfat etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
2
ikisahil.az

2Mənbələr