AZ

Belarus müdafiə naziri: Biz Polşa ilə müharibə istəmirik

BAKI, 21 sentyabr. TELEQRAF

"Belarus tərəfi Polşa ilə münasibətlərdə gərginliyin azaldılmasında maraqlıdır və qonşuları ilə müharibə aparmaq istəmir".

Teleqraf xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.

“Görürük ki, Polşa ordusunun kursu siyasi rəhbərliyin bəyanatlarından bir qədər fərqlənir. Əlbəttə, biz ilk növbədə hərbi gərginliyin azalmasında maraqlıyıq. Polşa bizim qonşumuzdur və prezidentimizin dediyi kimi, qonşunu seçmirlər. Biz onlarla müharibə istəmirik”, – Xrenin vurğulayıb.

Nazirin sözlərinə görə, bütün aqressiya məhz Polşanın siyasi rəhbərliyindən qaynaqlanır.

Seçilən
19
teleqraf.com

1Mənbələr