AZ

Ərdoğan Trampla müzakirə edəcəyi mövzuları açıqlayıb » AzadMedia.az


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-li həmkarı Donald Tramp arasında sentyabrın 25-də Vaşinqtonda görüş keçiriləcək.

Türkiyə lideri bu barədə ABŞ-yə yola düşmədən öncə Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, Trampla görüşündə regional məsələlər ön planda olacaq.

"Bölgəmizdə münaqişə və gərginliyin azaldılmasında biz liderlərə böyük məsuliyyət düşür", - Ərdoğan bildirib.

O həmçinin Nyu-Yorkda da bir sıra dövlət və hökumət başçıları və iş adamları ilə görüşlər keçirəcəyini vurğulayıb.
Seçilən
17
8
azadmedia.az

9Mənbələr