AZ

Ağsu sakininə cavab verildi


Redaksiyamız  vasitəsilə 3-cü qrup əlil Qismət Babayevin müraciətinə cavab  verilmişdir.

Ağsu rayon sakini 1964-cü il təvəllüdlü Babayev Qismət Nurulla oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı müraciətinə cavab olaraq  bildiririk.

Siz   29.08.2025-ci il tarixdə Əlilliyin Tibbi Bərpa  Mərkəzində  tibbi komissiyadan keçmisiniz və sizə 3 dərəcəli əlillik müəyyən edilmişdir.

Siz  30 iş  günü  müddətində  rayonun DSMF  tərəfindən dəvət olunacaqsınız və  sizə kod veriləcək. Və həmən kod əsasında əlillik  kartınızı  Kapital bankdan götürəcəksiniz. Və həmən  gündən sizin  əlillik təqaüdünüz  hesablanacaqdır.

 

Hörmətlə,

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyyətinin   sədri  Ramin Rzayev


Seçilən
12
nuh.az

1Mənbələr