AZ

Bunları bilmədən yumurta almayın

Saglamolun portalından alınan məlumata görə, ain.az xəbər verir.

ALICILAR DİQQƏTLİ OLMALIDIR!Marketlərdə satılan yumurtaların üzərindəki rəqəmlər çox vaxt alıcılar tərəfindən nəzərdən qaçır. Halbuki bu rəqəmlər yumurtanın necə bir şəraitdə istehsal olunduğunu göstərən önəmli göstəricidir. Yumurtaların üzərində ilk rəqəm 0, 1, 2 və ya 3 toyuqların saxlanma şəraitini və yumurtanın keyfiyyətini əks etdirir. 0 – Ekoloji (Organik) yumurta. Bu rəqəm yumurtanın tamamilə orqanik şəraitdə, təbii yemlə qidalanan və sərbəst dolaşan toyuqlardan alındığını göstərir. Pestisidlər və kimyəvi əlavələr istifadə edilmir. Ən sağlam və təbii yumurta növü hesab olunur.1 – gəzən toyuq yumurtası. Bu toyuqlar açıq sahələrdə gəzir, lakin yemləri tam orqanik olmaya bilər. Hərəkət azadlığı olan quşların yumurtası daha keyfiyyətli sayılır.2 – Bu sistemdə toyuqlar sərbəst dolaşa bilmir. Toyuqlar qapalı məkanda saxlanılır və onların hərəkət sahəsi məhduddur.3 – Qəfəsdə saxlanılan toyuqların yumurtası. Ən aşağı keyfiyyətli yumurtalardır. Bu toyuqlar dar qəfəslərdə saxlanılır, hərəkət imkanları məhduddur və süni işıqlandırma ilə yumurtlamağa məcbur edilir.Ərzaq təhlükəsizliyi və heyvan sağlamlığı baxımından mütəxəssislər daha yüksək kateqoriyalı yumurtaların, xüsusilə "0" və "1" kodlu yumurtaların alınmasını tövsiyə edir.

Saglamolun.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
saglamolun.az

1Mənbələr