AZ

Heydər Əliyev Mərkəzində Solmaz Məmmədovanın kitab təqdimatı keçirilib FOTO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Sentyabrın 20-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi Cəlilabad Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Qənimət xanım İsrafilova və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad üzrə nümayəndəsi Fuad Əzizovun birgə dəstəyi ilə jurnalist, yazıçı publisist Solmaz Məmmədovanın kitab təqdimatı yüksək səviyyədə keçirilmişdir. 

Mərasimi giriş sözü ilə fəlsəfə elmləri doktoru, yazıçı Bilal Alarlı açıq elan etdi və jurnaliat, yazar Solmaz Məmmədova haqda tədbir iştirakçılarına geniş məlumat verdi, Solmaz xanımı "Yeni Gün" qəzeti ilə əməkdaşlıq etdiyi vaxtdan tanıdığını söylədi. 

Mərasimdə dövlət himni səslənmiş, sonra isə Qarabağ şəhidləri 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə Ədəbiyyat və İncəsənət portalının Baş Redaktoru, əməkdar jurnalist, tanınmış yazıçı və mədəniyyət xadimi Varis Yolçuyev, Azərbaycan ədəbiyyatının tanınmış şairi Aqşin (Məmmədov) Yenisey Solmaz Məmmədovanın yenicə çapdan çıxmış "Onu gözləyən var" kitabı haqda müsbət fikirlər söyləmiş və kitabda milli-mənəvi dəyərlərə üstünlük verən müəllifə yaradıcılıq uğurları arzulamışlar. Təqdimetmə mərasimində həmçinin iştirak edən və onu yaxından tanıyan yaradıcı insanlar Solmaz xanımın keçdiyi əmək fəaliyyəti və yaradıcılığı haqqında söz açmışlar. Eyni zamanda tədbir zamanı journalist Solmaz Məmmədovaya Cəlilabad Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və hədiyyələr, Azərbaycan Mətbuat Şurasının rəhbəri hörmətli Rəşad Məcidin adından təltif edilmiş fəxri diplom, habelə Cəiabad rayonun Həməşəra mətbu orqanının təsis etdiyi "Nizami Gəncəvi" Fəxri diplomu təqdim edilib.

Tədbirdə yazıçı Meyxoş Abdullah, Qarabağ qazisi Maşallah Əliyev, şəhər bələdiyyə nümayəndəsi Elçin Hüseynov, filoloq, təhlilçi Sevil İsayeva, fəlsəfə elmlər doktoru İlqar İsmayılzadə, yazıçı, şair Ruhiyyə Abbaszadə, Göytəpə 2 saylı məktəbinin direktoru Şəhla Rəvan, ziyalılardan Adıgözəl müəllim, Xatirə müəllimə, şairlərdən Gülcahan xanım, Arzu Əyyarqızı, Gülşən Şahmuradlı, Seylan Abbas, Zakir Əliyev çıxış edərək, Solmaz Məmmədovanın 48 illik jurnalistika fəaliyyəti ilə yanaşı, onun ədəbi-bədii yaradıcılığından danışıblar. İştirakçılar, Solmaz Məmmədovanın yaradıcı qızların bir araya toplandığı "Qönçə yaradıcı qadınlar birliyini" təsis etməsindən, onlara xüsusi qayğı göstərməsindən və bütün yazar qadınları ətrafına toplamasından söhbət açdılar. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Varid Əsgərov son vaxtlar Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Cənab Rafiq Celilovun ziyalılara, yaradıcı insanlara diqqət yetirməsindən, daha böyük qayğı göstərməsindən bəhs etdi. Uzun illər ictimai siyasi işlərdə fəal iştirak edən, vaxtilə rayon qadınlar şurasının sədri kimi fəaliyyət göstərən jurnalist Solmaz Məmmədovanı anadan olmasının 75 illiyi və 4-cü kitabının nəşr olunması münasibətilə onu təbrik etmiş, fəxri fərman və hədiyyələr təqdim etmişdir. 

Sonda Solmaz Məmmədova və onun ailə üzvləri ona göstərilən bu qayğıya görə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Cənab Rafiq Cəlilova və tədbirin təşkili işində əməyi olan insanlara öz təşəklürlərini birdirdilər.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
news.milli.az

2Mənbələr