AZ

Əliyev ölkədən qaçmaq istəyən qapıçını qınadı

Kiyev “Dinamo”sunun sabiq futbolçusu Aleksandr Əliyev “Şaxtyor”un və “Dinamo”nun keçmiş qapıçısı Artur Rudkonu Ukraynadan qaçmaq cəhdinə görə tənqid edib.

Xəzərnews.az Publika.az-a istinadən xəbər verir ki, onun sözlərini “Tribune” yayıb.

“Nə deyim? Yaxşı, heç nə. Müqavilə yox idi, indi o, yeni müqavilə imzalayacaq. O, “Dinamo”, “Şaxtyor”la da müqavilə bağlamışdı, indi isə Ukrayna Silahlı Qüvvələri ilə çoxdan gözlənilən müqaviləni imzalayacaq. Heç nə. Ölkənin şərəfini qorumaq lazımdır, ondan qaçmaq yox”, – Əliyev deyib.

Xatırladaq ki, Rudko və bir qrup qaçaq sentyabrın 3-də Odessa vilayətinin Dnestryanı ilə sərhədində saxlanılıb. Bu məlumat yalnız sentyabrın 16-da yayılıb. Rudko hazırda Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzində saxlanılır.

Xəbər 4 dəfə oxunub.
Seçilən
28
1
xezernews.az

2Mənbələr