BAKI, 21 sentyabr. TELEQRAF
Avropa İttifaqı Hindistan və Çinə qarşı gömrük rüsumlarının tətbiqi məsələsində öz müstəqil qərarını verəcək.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "Le Soir" nəşrinə müsahibəsində ABŞ Prezidenti Donald Trampın Avropanı Hindistan və Çin mallarına 100 faizlik gömrük rüsumu tətbiq etməyə çağırışına cavab olaraq bildirib.
O, ABŞ-ın Ukraynadakı müharibəni dayandırmaq səylərini alqışladığını, eyni zamanda Aİ-nin 19-cu sanksiyalar paketini elan etdiyini xatırladıb. Fon der Lyayen qeyd edib ki, mürəkkəb geosiyasi şəraitdə Avropa İttifaqı ümumi maraqlara əsaslanan tərəfdaşlığı gücləndirməyə davam edəcək.